Azərbaycanlı milyarderdən Xəzərə 350 milyard!

"LUKoil" neft şirkəti Xəzər dənizinin şimalında yataqların təchiz olunması və kəşfiyyatı üçün 350 milyard rubl (6 min 745 milyon AZN) dəyərində intestisiya yatırmaqda maraqlıdır.

anspress  xəbər verir ki, bu barədə "LUKoil-Nijnevoljkneft"şirkətinin direktoru Nikolay Lyaşko açıqlama verib.

Onun sözlərinə görə, "LUKoil" şirkəti Xəzər dənizinin şimalında yataqların kompleks şəkildə mənimsənilməsi sisteminin hazırlayıb.

"Bura 25 platforma daxildir. Bu platformalarda görüləcək işlər üçün 350 milyard rubldan artıq sərmayə yatırılacaq", - deyə Lyaşko bildirib.

O bildirib ki, şirkət Xəzər dənizinin Rusiya hissəsini kompleks şəkildə araşdırıb və 21 quyu qazılıb.

Qeyd edək ki, "LUKoil" neft şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31