“Yanvar-mart aylarında 4.8 milyon ton mənfəət neftindən əldə olunan gəlir Neft Fonduna daxil olub” – Rövşən Ağayev

"Neft Fondunun 2015-ci ilin 1-ci rübü üzrə büdcə gəlirləri ilə bağlı rəqəmlər açıqlanmasa da, Neft Fonduna çatan mənfəət neftinin həcmi artıq məlumdur". "Olaylar"ın xəbərinə görə, bu barədə iqtisadçı-eskpert Rövşən Ağayev məlumat verib. "Bu barədə iqtisadç Dövlət Neft Şirkətinin yaydığı aylıq məlumatların təhlili göstərir ki, bu ilin yanvar-mart aylarında Ceyhan limanı vasitəsilə satılan Azərbaycan neftinin 66%-i və ya 4,555 milyon tonu mənfəət nefti olaraq Dövlət Neft Fonduna çatıb. Ötən illərin rəqəmləri göstərir ki, Ceyhan limanı vasitəsilə Dövlət Neft Fondu mənfəət neftinin 95%-ni, digər kəmərlər vasitəsilə isə 5%-ni əldə edir. Bu o deməkdir ki, 2015-in 3 ayında 4.8 milyon ton mənfəət neftindən əldə olunan gəlir Neft Fonduna daxil olub. Nəzərə alsaq ki, ilin birinci rübündə Azərbaycan nefti orta hesabla 55 dollara satılıb və bunun təxminən 8 dolları nəql, bank, gömrük, nəzarət-müşahidə xərcləri olub, deməli Neft Fondunun 3 ay ərzində mənfəət neftindən təxminən 1.6 milyard dollar əldə etməsi gözlənir. Məlumat üçün deyim ki, ötən ilin 1-ci rübündə neftin orta qiyməti 108 dollara yaxın oluğu şəraitdə Fondun neft satışıbdan gəlirləri təxminən 3.7 milyard dollar olmuşdu. Rəsmi məlumatlardan görünür ki, 2014-ün 3 ayına nisbətən bu il Dövlət Neft Fondunun Ceyhan vasitəsilə satılan mənfəət neftinin həcmi təxminən 400 min ton (9%) azalıb" - deyə R.Ağayev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31