Türkiyə 9 britaniyalı saxlayıb
Onlar Suriyaya keçməklə İŞİD-a qoşulmaq istəyiblər
2 Aprel 2015 15:37 İqtisadiyyatSuriyaya qanunsuz olaraq keçməyə çalışan 9 Böyük Britaniya vətəndaşı Terkiyə sərhədində saxlanılıb. Anspress-in xəbərinə görə, bu barədə Türkiyə təhlükəsizlik qüvvələrinin yaydığı bəyanatda məlumat verilib. Bildirilib ki, britaniyalılar Suriya ilə sərhədin Türkiyə hissəsində- Hatay vilayətində saxlanılıblar. Həmin şəxslərin sərhədi keçməyə çalışmasının səbəbi İŞİD-ə qoşulmaq məqsədi daşıyıb. Xatırladaq ki, "İslam Dövləti" və digər radikal qruplara minlərlə əcnəbi qoşulub. Onlar əsasın Türkiyə ərazisindən Suriya və İraqa keçirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31