"Özümü 28 yaşında hiss edirəm"
1 Aprel 2015 19:50 İqtisadiyyatAvstraliyalı aktrisa Naomi Uatts "İndependent" qəzetinin suallarını cavablandırıb. Axşam.az-ın məlumatına görə, 46 yaşlı ulduz özünü daha gənc hesab etdiyini deyib: "Axmaqcasına səslənə bilər, amma özümü 28 yaşlı biri kimi hiss edirəm. Həyat yoldaşım və övladlarım özümü gənc hiss etməyimi, cavan qalmağımı təmin edirlər. Uşaqlar neçə yaşınız olursa-olsun, fəal davranmağınızı və onlarla birlikdə dəhlizlərdə sürünməyinizi, oyun oynamağınızı istəyirlər".
Qeyd edək ki, Naomi Uatts 2005-ci ildən aktyor Liv Şrayberlə qeyri-rəsmi nikahda yaşayır. Cütlüyün iki oğlu var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31