Dollar yenə bahalaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub
31 Mart 2015 11:13 İqtisadiyyatAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 avro bir gündə 1.1395-dən 1.1317-ə qədər ucuzlaşıb.ABŞ dollarının məzənnəsində də dəyişiklik qeydə alınıb. Belə ki, 1 ABŞ dolları 1.0484-dən 1.0485-ə qədər bahalaşıb.Bahalaşma Rusiya rublunun kursunda da müşahidə edilib. 1 rublun bu günə olan məzənnəsi 0.0181-dən 0.0182-yə qədər artıb.Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31