Neftin qiyməti düşdü
WTİ markalı neftinin qiyməti Nyu-York birjasında 4,98% düşüb
28 Mart 2015 07:32 İqtisadiyyatNyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşıb.
ANS PRESS-in məluamıtna görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,56 (4,98%) dollar azalaraq 48,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 5,3% (3.5 dollar) enərək 56,04 dollar olub.
Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31