Banklarda ürək döyüntüsü əməliyyatı

Ürək döyüntüsü ilə istifadəçilər öz internet banklarına daxil ola biləcəklər

Britaniyanın "Halifax" maliyyə institutu istifadəçinin unikal ürək döyüntüsünü analiz etməklə onun şəxsiyyətini təsdiq edən yeni texnologiyanın sınaqlarını keçirir.

ANS PRESS-in məlumatına görə, "Halifax" Kanadanın Bionym şirkəti ilə birgə əməkdaşlıqda bilərziyin sınağını aparır. Bu barədə ICTnews elektron xidməti bildirir. Bilərzik vasitəsilə istifadəçilər öz internet banklarına daxil ola biləcəklər.

Mobil qurğulara "Bluetooth" ilə birləşən bilərzik istifadəçinin unikal elektrokardioqramını tanıyan quraşdırılmış ötürücü ilə təchiz olunub. Bununla "Halifax" bankının müştəriləri bilərzik vasitəsilə mobil qurğulardan parol və PİN kod daxil etmədən şəxsi kabinetlərinə daxil ola bilərlər.

Ötən ilin sentyabrında "Bionym" bilərzik üçün 10 min sifariş alıb. Hazırda şirkət "Royal Bank of Canada" və digər Kanada bankları ilə əməkdaşlıq edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31