Cahangir Hacıyev niyə istefa verdi? - RƏY
19 Mart 2015 06:08 İqtisadiyyatİqtisadçı Samir Əliyev Cahangir Hacıyevin səhhəti ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verməsini şərh etdi.
Milli.Az xəbər verir ki, S.Əliyev bununla bağlı şəhsi Facebook səhifəsində qeyd edib:
"Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankının çoxlu problemləri var. Problemli kreditlərin həcmi həddindən artıq şişib. Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. Görünür, Cahangir Hacıyevin istefaya göndərilməsində əsas səbəb bankın düşdüyü indiki ağır durumdur.
Digər versiyam yoxdur hələ ki..."
Bir neçə saat öncə Azərbaycan Beynəlxalq Bankının iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.
İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.