“Çilov” yatağında yeni quyu qazılır
18 Mart 2015 17:39 İqtisadiyyat"Çilov" yatağındakı 112 saylı özüldən 113 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31