“Neft Daşları” yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 418A nömrəli platformadan 2611 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın xəbərinə görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1030 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31