BP TANAP-ın səhmdarı oldu
13 Mart 2015 14:04 İqtisadiyyatBP şirkəti və Trans-Anadolu boru kəməri (TANAP) konsorsiumu arasında bu gün Türkiyədə sənəd imzalanıb. Trend xəbər verir ki, sənədə əsasən, şirkət TANAP-ın səhmdarlarının tərkibinə daxil olub. Razılaşmaya əsasən, BP layihədə 12 faizlik paya sahib olub.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31