“Çilov” yatağındakı 112 nömrəli quyu istismara verilib

"Çilov" yatağındakı 112 nömrəli stasionar dəniz özülündən qazılmış 112 nömrəli quyu istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 1555-1514 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31