1304 nömrəli meydança əsaslı təmir edilib

"Neft Daşları" NQÇİ-nin istismar etdiyi "Palçıq pilpiləsi" yatağındakı 1304 nömrəli meydançada əsaslı təmir işləri başa çatdırılıb. "OLAYLAR"-ın xəbərinə görə, 1400 kvadratmetr sahəni əhatə edən meydançada təmir işləri "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 1983-cü ildə istismara verilmiş və dənizin 14 metr dərinliyində yerləşən 1304 nömrəli meydançada 4 hasilat quyusundan sutkada 20 tona yaxın neft, 1500 kubmetr qaz hasil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31