“Azərbaycana 163.435 baş diri qoyun idxal edilib”

Vahid Məhərrəmov: “İdxal olunan xırda buynuzlu heyvanların hər birinin idxal qiyməti 10 manat 77 qəpik təşkil edib”

"Azərbaycana 2013 -cü ildə 2244, 2 min dollar dəyərində 163 min 435 baş diri qoyunlar idxal olunub". "Olaylar"ın xəbərinə görə, kənd təsərrüfatı üzə ekspert Vahid Məhərrəmov bu barədə məlumat verib. "Apardığımız hesablamalara görə idxal olunan xırda buynuzlu heyvanların hər birinin idxal qiyməti 10 manat 77 qəpik təşkil edib. Təsəvvür edin 1 kiloqram ət qiymətinə 13-15 kiloqram ət çıxışı verən qoç alınıb. Onu da qeyd edim ki, Qurban Bayramı ilə əlaqədar Bakı şəhərində təşkil edilən yarmarkalarda idxal olunan 1 baş qoç alıcılara 100-150 manata satılıb. Xatırladım ki, 2013 -cü ildə Azərbaycana Gürcüstandan 109 min 435 baş diri iribuynuzlu heyvanlar idxal olunduğu və 100-120 kiloqram ət çıxışı verən həmin heyvanların 3 kiloqram ət qiymətinə, yəni 29 dollar 91 sent dəyərində idxal edildiyi haqda bir müddət əvvəl mətbuatda məlumat vermişdik" - deyə V.Məhərrəmov qeyd edib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31