Baş nazir: "Bolqarıstan Azərbaycan qazı hesabına qaz qovşağını yaradacaq"
Layihənin reallaşdırılmasına Almaniyanın XİN rəhbəri yardım edəcək
10 Mart 2015 17:30 İqtisadiyyatBolqarıstan bu ölkənin bəzi yataqlarından, o cümlədən Yunanıstandakı interkonnektor və Azərbaycandan nəql olunacaq qazın hesabına qaz qovşağı yaratmaq niyyətindədir. "APA-Economics" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin baş naziri Boyko Borisov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşündən sonra bildirib. "Nazir Ştaynmayer yaratmaq istədiyimiz qaz qovşağının xəritəsini özü ilə apardı. Həmkarım reallaşdırmaq istədiyimiz layihələrlə bağlı bizə nəinki Almaniyada, həmçinin Avropada yardım edəcəyinə dair öz üzərinə öhdəlik götürüb", - deyə B. Borisov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31