İslam ölkələrinin beyin mərkəzləri İslamabada toplaşıb
10 Mart 2015 15:40 İqtisadiyyatTürkiyənin TASAM, Pakistanın Prezident Administrasiyası və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə İslamabadda "İslam ölkələrinin beyin mərkəzlərinin 6-cı Samiti" keçirilib. Tədbirdə Pakistan Prezidenti Mamnun Hüseyn daxil olmaqla 60-a yaxın ölkənin dövlət və beyin mərkəzlərinin nümayəndələri iştirak edib. İlk panelə çıxış edən Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov öz məruzəsində islam ölkələrində mövcud iqtisadi vəziyyəti qiymətləndirərək iqtisadi çətinliklər və inkişaf prespektivlərinə toxunub. İqtisadçı alım institutsional baxımdan islam dini ilə iqtisadi inkişaf arasındakı əlaqələri təhlil edərək sözügedən dövlətlərdə iqtisadi inkişaf üçün yeni yanaşmalar irəli sürüb. Vüqar Bayramov çıxışında Azərbaycan iqtisadiyyatı ilə bağlı məlumat verərək Azərbaycan iqtisadi modelinin əsas mühüm xarakteristikasını verib. O eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin bir sıra müsəlman ölkələri o cümlədən Türkiyə, İraq, Qazaxıstan və Türkmənistan üçün yaratdığı real və potensial iqtisadi imkanlardan danışıb. İqtisadçı alim təbii ehtyatlar ilə zəngin olan dövlətlərdə iqtisadiyyatın diversifikasiyası sahəsində Azərbaycan modelindən istifadə etməsi üçün konkret təkliflər verib.Tədbirdə ölkəmizi İSİM iləyanaşı Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və İqtisadi Tədqiqatlar Mərkəzi təmsil edib.