“Əsassız qiymət artıranlar tamahını idarə edə bilməyənlərdir”

Fikrət Yusifov: “Görülən tədbirlər öz nəticəsini verdi və onlar cəzalarını aldılar”

Milli valyutanın məzənnəsində baє vermiє yumєalmadan sonra mal və məhsulların qiymətlərində yaranan dəyiєikliklər müxtəlif səviyyələrdə ciddi müzakirə olunmaqdadır. Baxmayaraq ki, prezident İlham Əliyev süni qiymət artımına yol verilməməsi barədə ciddi tapşırıq vermişdi, ancaq yenə də dövlət başçısının dediyi kimi bəzi möhtəkirlər asan yolla qazanc əldə etməyə çalışırlar.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, məzənnə dəyiєikliyi kontekstində ölkəyə idxal olunan mal və məhsulların qiymətində müəyyən dəyiєikliklərin baє verməsi təbiidir: "Apardığımız araşdırmalar göstərir ki, qiymət artımları istehlak səbətinə daxil olan məhsullara aid olmayıb. Belə olan halda qiymət artımı nəticəsində əhalinin az təminatlı təbəqəsinin ailə büdcəsində itkilərin yaranmaması müsbət dəyərləndirilməlidir. Bunun əsas səbəbi odur ki, istehlak səbətinə daxil olan məhsullar əsasən yerli istehsal məhsullarıdır,  yerli istehsal məhsullarının qiymət artmı isə praktik olaraq baє verməyib. Lakin buna baxmayaraq məzənnə dəyiєikliyinin ilk gьnlərində bəzi yerli istehsalçılar və bir sıra ticarət  müəssisələri xaricdən mal və məhsul gətirənlərə qoєulub qiymətləri süni surətdə qaldırmaqla əlavə qazanc əldə etmək həvəsinə dьєdьlər. Bu, sadə bir möhtəkirlik - yaranmış vəziyyətdən vicdansızcasına sui istifadə etməklə daha зox qazanmaq istəyi idi. Təbii ki, belə olan halda dövlət vəziyyətə müdaxilə etməklə problemin həlli istiqamətində zəruri olan bütün tədbirləri görmək məcburiyyətində qaldı". Fikrət Yusifov deyib ki, görülən tədbirlər öz nəticəsini verdi və tamahını idarə edə bilməyənlər cəzalarını aldılar.
Yerli istehsalçıların və yerli məhsulların satışını həyata keзirən ticarət təşkilatlarının qiymət artımına getməsinə ehtiyac olmadığını deyən Fikrət Yusifov qeyd edib ki, məhsulların maya dəyərini formalaşdıran xammalın və digər komponentlərin qiymətində dəyiєiklik baє vermədiyi halda yerli istehsal məhsullarının qiyməti dəyiєməz qalmalıdır: "İstehsal olunan məhsulun maya dəyərininin əsasını yeri istehsal ьзьn zəruri olan xammala зəkilən xərclər və əməkhaqqı xərcləri təєkil edir. Bundan baєqa məhsulun maya dəyəri elektrik enerjisinin, yanacağın qiymətlərindən, sosial ayırmaların və amortizasiya ayırmalarının səviyyəsindən də asılıdır. Bunları bildikdən sonra ortaya sual çıxır. Manatın məzənnəsi dəyiєdikdən sonra yerli xammaldan məhsul istehsal edən müəssisələrin yuxarıda sadaladığımız hansı xərcləri artmışdı? Əgər istehsal ьзьn zəruri olan yerli xammalın qiyməti dəyiєməyibsə, iєзilərə ödənilən əmək haqqı artırılmayıbsa, ölkədə istehsal olunan elektrik enerjisinin və yanacağın qiymətləri sabit qalıbsa, sosial və amortizasiya ayırmalarının həcmi yüksəlməyibsə, onda son məhsulun qiyməti nə ьзьn dəyiєməlidir? Ona görə də bu hərəkətin adı tamah məqsədilə edilən yaramazlıq -  möhtəkirlikdir".

BİAB sədri bildirib ki, əgər yerli istehsal müəssisəsi məhsul istehsalı üçün hansısa komponentləri xaricdən alıb gətirirsə, bu komponentlərin yeni qiymətlə məhsulun maya dəyərinə daxil edilməsinə heз kim etiraz etməz: "Xaricdən alınıb gətirilən bir neзə komponentin məhsulun maya dəyərinə elə ciddi təsiri də mümkün deyil.
Bəzi qiymət artımlarının olacağı barədə biz də son günlərdə mətbuatda gedən çıxışlarımızda bildirmişdik. Burada söhbət ilk növbədə xaricdən gətirilən mallar və məhsullardan gedir.  Manatın ABŞ dollarına nisbətən ucuzlaşması kontekstində ölkəyə xaricdən dollarla alınıb gətirilən malların və məhsulların qiymətindəki müəyyən dəyiєikliklər təbiidir.  Зьnki bu mallar və məhsullar ölkə ərazisində milli valyuta ilə satılır. Təbii ki, idxalla məşğul olan hüquqi və fiziki єəxslər ölkə ərazisinə gətirdikləri məhsulları realizə etdikdən sonra öz dövriyyə vəsaitlərini normal səviyyədə saxlamaq və ziyana dьєməmək xatirinə müəyyən qiymət artımına gedirlər. Bu məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı o da bəlli olub ki, qiymət artımının minimum hədlərdə olması üçün idxalla məşğul olan bəzi iri yerli kompaniyalar xaricdən alıb gətirdikləri malların qiymətlərinin çox qaldırılmaması üçün öz xarici tərəfdaşları ilə danışıqlar aparıb onlara yaranmış vəziyyəti izah etməklə bir sıra hallarda aldıqları malların qiymətlərinin aşağı salınması istiqamətində müsbət nəticələr əldə etməyə müvəffəq olmuєdular. Bunun цzь də xaricdən alınıb gətirilən malların və məhsulların qiymətlərinin kəskin qalxmasının qarşısını almaq yollarından biridir. Digər yol isə idxalla məşğul olan yerli kompaniyalar tərəfindən qazanılan mənfəətin hədlərinin müəyyən qədər optimallaşdırılmasıdır. Bu yol da qiymət artımının qarşısının alınmasına xidmət edən amillərdən biri kimi çıxış edə bilər".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31