Keçən ay 6990 metr qazma işləri həyata keçirilib

Cari ilin fevral ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6990 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 6647 metri istismara, 343 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-fevral aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 14155 metr qazma işi görülüb ki, bunun da 13555 metri istismara, 600 metri isə kəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31