Ərəblərə silah satacağıq
Ölkələr Azərbaycanın atıcı silah və döyüş sursatları ilə maraqlanır
4 Mart 2015 16:21 İqtisadiyyatAzərbaycan bir neçə ərəb ölkəsinə silah, sursat ixrac edəcək. Həmin ölkələr əsasən qumbaraatanlar, onların döyüş sursatları, habelə müxtəlif çaplı atıcı silahlar üçün döyüş sursatları ilə maraqlanırlar. Anspress-in məlumatına görə, bu barədə azeridefence-ə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. O deyib ki, fevralın 22-dən 26-dək Abu-Dabi şəhərində keçirilmiş IDEX-2015 sərgisində bir neçə ərəb dövlətindən sifarişlər alınıb: "Ərəb regionu bu gün dünya müdafiə sənayesi üçün perspektiv bazardır. Bu bazarda bizim də marağımız var." Nazirin sözlərinə görə, yaxın vaxtlarda tələb olunan məhsullarının testləri keçiriləcək və ixrac müqaviləsi imzalanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31