Bu dövlət şirkətləri vergini ödəməyib
27 Fevral 2015 18:48 İqtisadiyyatVergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, həmin siyahıda müxtəlif Kommunal Təsərrüfat birlikləri ("Jek"lər) və eləcə də özəl müəssisələr var. Nazirliyin açıqladığı siyahıda bəzi dövlət şirkətlərinin də adı qeyd olunub. Belə ki Xəzər rayonunda yerləşən "Şimal Elektrik Stansiyası" MMC və "Azərenerji" ASC-nin "Gəncə Regional Elektrik Şəbəkəsi" MMC-də var.
Qeyd edək ki, əksər vergi ödəyiciləri qanunvericiliyin tələblərini pozaraq vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər. Bu da büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31