Qiymət artıran şirkətə cəza
“Komrad” MMC Tulçinka” yağlarının qiymətini süni qaldırırmış
26 Fevral 2015 17:57 İqtisadiyyatManatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir. Nazirliyin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında "Tulçinka" yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan "Komrad" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.