Azərbaycanda dollar ucuzlaşdı
Xarici valyutaların məzənnəsində müəyyən dəyişikliklər olub
26 Fevral 2015 11:14 İqtisadiyyatAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Anspress-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dollarının rəsmi məzənnəsi bir gündə azalaraq 1.0502-dən 1.0501-ə düşüb. Avronun məzənnəsində isə artım qeydə alınıb. Belə ki, 1 avro bir gündə 1.1914-dən 1.1942-yə yüksəlib. Avro ilə yanaşı Rusiya rublunun kursunda da artım qeydə alınıb. Ötən gün 0.0167 olan 1 rublun məzənnəsi bu gün 0.0171-ə yüksəlib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31