“Neft Daşları”nda 2206 nömrəli quyu istismara verilib
24 Fevral 2015 15:46 İqtisadiyyatÖlkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 saylı stasionar dəniz özülündən 2206 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu məhsul verib, 2383-2362 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31