“Pirallahı adası” yatağında yeni quyular qazılır

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası" yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, 1180 nömrəli quyunun layihə dərinliyi 700 metr, 1142 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.
Qeyd edək ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31