“Manatın ucuzlaşmasına məhdudiyyət həddi qoyula bilər”

Əli Əlirzayev: “Narahatlıq üçün ciddi iqtisadi əsas yoxdur”

Keçmiş millət vəkili, iqtisadçı-ekspert Əli Əlirzayev manatın ucuzlaşması barədə yayılan məlumatlara münasibətini açıqlayıb. O, bu barədə yayılan məlumatların insanlar arasında narahatlıq yaratdığını bildirib. Ə.Əlirzayev təlaş üçün heç bir iqtisadi əsasın olmadığını deyib. Ekspertin sözlərinə görə, bunu başa düşməyənlər və əllərində çoxlu pulu olanlar manatı alternativ valyutalarla dəyişməyə cəhd edirlər: "Əhali arasında yayılan bu tip məlumatlar mülahizələr və kimlərinsə fikirləri ola bilər. Manatın ucuzlaşacağından daha çox pulu çox olanlar narahatdırlar. Belə informasiyaları da ona görə yayırlar. Yayılan məlumatların çoxluğuna nəzər yetirsək, irəli sürülən iddialar mümkün ola bilər, lakin bu müəyyən dövr üçün olan posesdir". Əli Əlirzayev dollarla müqayisədə manatın hansı dərəcə ucuzlaşacağını deməyin mümkünsüz olmasına diqqət çəkib. Məsələ ilə əlaqədar tənzimlənmə siyasətinin həyata keçirildiyini deyən Ə.Əlirzayev, milli valyutanın məzənnəsinin qorunub saxlanılmasını məqsədəuyğun sayır: "Ucuzlaşmaya müəyyən məhdudiyyət həddi qoyula bilər. Bu kimi məsələlərin gündəmə gətirilməsi mümkün haldır. Çünki Azərbaycan manatı ölkədaxili dövriyyədə əsas valyutadır. Ona görə də manatın ən aşağı səviyyədə ucuzlaşması mümkün deyil. Proses dövlət tərəfindən tənzimlənəcək və bu uzun çəkməyəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31