Manat barədə: “Azacıq dalğalanma olacaq”
Fərhad Mehdiyev: “Həyəcana əsas yoxdur”
19 Fevral 2015 14:00 İqtisadiyyat"Rəqabətcil milli valyuta sabitliyin və inkişafın göstəricisidir". Manatın ucuzlaşmasına münasibət bildirən politoloq Fərhad Mehdiyev belə bir fikirlə çıxış edib. O, insanları həyacanlamamağa çağırıb. "Azərbaycan neft ixrac edən ölkədir, bu cür ölkələrin milli valyutası (İran ya da Rusiya kimi izolyasiyada olmamaq şərtilə), həmişə güclü olur. Kütlə psixologiyası ilə təşvişə düşüb hamınız dollar alsanız nə olacaq? Tələbatın anidən artması dolların dəyərinin artmasına, bu da idxal olunan istehlak mallarının qiymətinin artmasına səbəb olacaq. Sizə bu lazımdır? Manatın sabitliyi Azərbaycan hökuməti üçün prioritet idi və elə də qalacaq, çünki rəqabətcil milli valyuta sabitliyin və inkişafın göstəricisidir. Az bir dalğalanma olacaq, amma siz öz davranışınızla dalğaları fırtınaya çevirməyin". ("OLAYLAR" İA)