Manatın kursunun kəskin dəyişməsi ehtimalı yoxdur

"Milli valyutanın məzənnəsinin dəyişəcəyi barədə mətbuatda qaldırılan səs-küyə heç bir ehtiyac yoxdur". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov çıxış edib. O, bildirib ki, burada söhbət əsasən manatın kursunun təkcə bir valyutaya - dollara bağlanması prinsipindən daha etibarlı sayılan iki valyuta hesabına formalaşacaq səbət vasitəsilə müəyyən edilməsindən gedir: "Bu gün manatın kursunun kəskin dəyişməsi ehtimalı yoxdur. Ona görə də belə ajiotaj yaratmaq heç kimə lazım deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31