Qabil Hüseynli: “Cənub Qaz Dəhlizi layihəsinin reallaşması Azərbaycana böyük üstünlüklər qazandıracaq”
13 Fevral 2015 17:33 İqtisadiyyatEkspertlər Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycanın Avropa üçün vacibliyini daha da artırdığını bildirirlər.Dünən Bakıda baş tutmuş Cənub Qaz Dəhlizi layihəsinin icrasında iştirakçı ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası Avropanın bu layihəyə böyük əhəmiyyət verməsinin göstəricisi hesab olunur.Cənub Qaz Dəhlizi layihəsinin reallaşması istiqamətində praktik səylərin artırılmasını müsbət qiymətləndirən politoloq Qabil Hüseynli bildirib ki, layihənin tam həyata keçməsi Azərbaycana əlavə üstünlüklər qazandıracaq:"Avropa İttifaqı yüksək səviyyədə dəfələrlə bəyan edib ki, onlar qitənin təbii qazla təmin olunmasınin yeni mənbəyini Cənub Qaz Dəhlizi layihəsində görürlər.Bu bəyanatlar, Avropanın yaxın gələcəkdə təbii qazı yalnız Cənub Qaz Dəhlizindən almaq niyyətlərinin təsdiqi kimi qəbul olunmalıdır.Doğrudur, Avropa İttifaqı Ukraynadan keçməklə Rusiya qazını almaqdan imtinna etdikdən sonra Moskva Ankara ilə "Türkiyə axını" layihəsini razılaşdırıb. Lakin Avropa "Türkiyə axını" vasitəsilə nəql olunacaq qazı almaq fikrində deyil - ola bilər ki, yalnız Yunanıstan bu layihəyə maraq göstərsin. Ona görə də, "Türkiyə axını" Cənub Qaz Dəhlizi layihəsinə rəqib olacaq imkanda deyil.Bu baxımdan, Avropanın təbii qaza olan tələbatı Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını həyati zərurətə çevirib.