TANAP sürətli templə reallaşdırılır- Taner Yıldız
13 Fevral 2015 17:21 İqtisadiyyatTrans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin reallaşdırılması sürətli templə davam edir. Anadolu agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.Onun sözlərinə görə, TANAP-ın daxil olduğu "Cənub Qaz Dəhlizi" Avropa üçün çox vaciblayihədir: "Ankaranın alternativ enerji layihələri axtarışında olmasına baxmayaraq, TANAP onun prioritetlərindən biridir".T.Yıldız qeyd edib ki, TANAP-ın reallaşdırılması üçün heç bir siyasi və texniki problem yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31