“Günəşli” yatağındakı 81 nömrəli quyu istismara verilib

"Günəşli" yatağındakı 3-cü dərin dəniz özülündən 81 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan, 2865-2820 metr intervaldan gündəlik 35 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31