İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən maarifləndirici materiallar hazırlanıb

Ötən il İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən vətəndaşların, sahibkarların, istehlakçıların maarifləndirilməsi üçün bir sıra çap materialları - kitab, bülleten, kataloq, broşur, buklet və s. çap olunmuşdur. 2014-cü ilin ölkəmizdə "Sənaye ili" elan edilməsi ilə bağlı bir çox işlər görülmüş, eyni zamanda Azərbaycanın sənaye potensialına dair müxtəlif çap məhsulları - "Azərbaycan sənayesi, şirkətlər, məhsullar" adlı kataloq, "Azərbaycan sənayesi üç əsrdə" fotoalbomu, "Azerbaijan industry" və "İlin sənaye şirkətləri" broşurları nəşr olunmuşdur. Bundan başqa, ötən il Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parkları barədə də müxtəlif materiallar çap olunmuşdur. Xarici iş adamlarının və investorların ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, potensial investisiya layihələrinə, eləcə də beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinə dair məlumatlandırılması üçün müxtəlif kitab, broşur və disklər hazırlanmışdır. Özəl sektorun inkişafına dəstək mexanizmlərindən olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarların maarifləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə 2014-cü ildə nümunəvi investisiya layihələri və biznes planlar, "Sahibkarların məlumat kitabçası" və Fondun fəaliyyətinə dair bukletlər çap olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31