Keçən ay BTC-dən 2,5 milyon neft nəql olunub
9 Fevral 2015 13:30 İqtisadiyyatCari ilin yanvar ayında BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il fevral ayının 1-ə qədər BTC-yə 266 milyon 309 min 899 ton neft vurulub. Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə ümumilikdə 602 min 066 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31