"Neft Daşları"nda yeni quyu
5 Fevral 2015 18:05 İqtisadiyyat"Neft Daşları" yatağındakı 418A nömrəli platformadan 2633 nömrəli quyuda qazma işlərinə başlanılıb. Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1250 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31