İtalyan nazir müavini Bakıya gəlir
4 Fevral 2015 17:52 İqtisadiyyatİtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinçenti gələn həftə Azərbaycana səfər edəcək. Bunu çərşənbə günü Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo deyib. Onun sözlərinə görə, nazir müavini "Cənib Qaz Dəhlizi"nin I məşvərət şurasının iclasında iştirak edəcək. Səfir qeyd edib ki, Rusiya qazının Türkiyəyə ("Türk axını") tədarükü layihəsi çox erkən mərhələdədir: "Bu layihənin investisiya və bazar potensialı baxımından necə inkişaf edəcəyi maraqlıdır. Nəticədən asılı olmayaraq, "Türk axını"nın TANAP-a təsir edəcəyini düşünmürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31