Azərbaycan və Rusiyanın gömrük xidmətləri fəaliyyət planı imzalayıblar

Azərbaycan və Rusiyanın gömrük xidmətləri 2015-2016-cı illər üçün fəaliyyət planı imzalayıblar. Trend xəbər verir ki, sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və RF Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov imzalayıb. Tərəflər qarşılıqlı ticarət haqqında statistik məlumatların mübadiləsinin texnoloji sxemini də imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31