Dəhşətli virus 9 min adamı məhv etdi
Bu virusa yoluxanların sayı da artaraq 22444 insan təşkil edib
4 Fevral 2015 11:42 İqtisadiyyat"Ebola" virusundan ölənlərin 9 minə çatır. Anspress-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə axşamı son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 8 959 nəfər olduğu bildirilib. Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 22 444 insan təşkil edib. Statistikaya üç Qərbi Afrika ölkəsi - Qvineya, Liberiya və Syerra Leone daxildir. Hansı ki, burada bir gün ərzində 33 nəfərin ölümcül virusa yoluxduğu bildirilir. Liberiyada 3 700-dən çox adam Ebola qurbanı olub. Syerra Leonedəisə virusa yoluxma faktı 10,7 min nəfərə çatıb.
Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.