SOCAR səhmlərini 57 milyon dollara satır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Petkim" neft-kimya layihəsindəki 3,4%-lik səhm paketini satır. "APA-Economics"in  Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, SOCAR Topdan Satışlar Bazarında "Petkim"də sahib olduğu hissələrdən 34 mln. ədəd səhmi bir ədədi 4 lirədən olmaqla "BCM Global Fund" şirkətinə satacaq. Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək. Səhmlərin satışı fevralın 5-də "Ünlü Menkul Değerler" şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bu xəbərdən sonra "Petkim"in səhmləri 2 bənd yüksəlmə ilə başlayaraq 3,67% artımla 3,95 lirəyə yüksəlib. Xatırladaq ki, SOCAR Türkiyənin "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin (61,32%) sahibidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31