Neft kəskin bahalaşdı

Bahalaşmaya, ABŞ-da fəhlələrin tətil qərarları səbəb göstərilir

 ABŞ-da neft emalı fəhlələrinin tətil qərarı dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.ANS PRESS-in məlumatına görə, əvvəlcə güman edilirdi ki, tətil xəbəri əksinə qiymətin enməsinə səbəb olacaq.Lakin qiymətlər yuxarı qalxıb və brent markalı neftin 1 barreli təxminən 2 dollar bahalaşaraq 54.95 dollara çatıb.ABŞ-da 200 neft emalı zavodu, terminal, boru xətti və kimyəvi zavodlarda çalışan fəhlələri birləşdirən həmkarlar ittifaqı (United Steelworkers) şirkət rəhbərləri ilə iş şəraiti ilə bağlı razılığa gələ bilməyib və bazar günü 9 müəssisədə iş dayanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31