XİN: Türkiyə, Azərbaycan və Türkmənistan əhəmiyyətli enerji layihələrini müzakirə edəcəklər
29 Yanvar 2015 11:46 İqtisadiyyatAzərbaycan, Türkiyə və Türkmənistan təkcə region üçün deyil, eləcə də Avropa üçün əhəmiyyətli olan enerji layihələrini müzakirə edəcəklər. Trend cümə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Onun sözlərinə görə, bununla əlaqədar Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin bugünkü görüşü mühümdür. Çavuşoğlu qeyd edib ki, bundan əlavə, üç ölkənin birgə fəaliyyət göstərməsi də mühüm əhəmiyyət kəsb edir. Yanvarın 29-da Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31