Banklardakı əmanətlərin həcmi rekord həddə çatıb
28 Yanvar 2015 11:41 İqtisadiyyat2015-ci il yanvar ayının 1-ə əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə - 12.4 faiz artaraq, 7.2 milyard manata yüksəlib. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov səsləndirib. Bildirib ki, 2014-cü ildə MDB-nin milli valyutaları arasında yalnız manat məzənnəsini qoruyub saxlayıb: "Ötən il əhalinin gəlirləri 4.8 faiz çoxalıb. Orta aylıq əmək haqqı 443 manat, aylıq pensiyanın orta məbləği 173.4 manat təşkil edib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31