“Neft Fondunun gəliri bu il 9.741 milyard manat olacaq”

Natiq Cəfərli: “Fondun 2015-ci ildə tək dövlət büdcəsinə tranferti isə 10,388 milyard manat olacaq”

"Neft Fondunun xam neft satışından əldə etdiyi vəsait 9,741 milyard manat olacaq". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. "Yanvarın 19-da Neft Fondunun büdcəsi təsdiqləndi. 2 məsələyə diqqət çəkmək istəyirəm: 1. Neft Fondunun büdcəsi neftin qiymətinin hər barel üçün 90 dollardan hesablanmasına baxmayaraq, 1 milyard 567 milyon manat kəsrlə təsdiqləndi, yəni, Fondun xərcləri gəlirlərindən artıq olacaq. 2. 2015-ci ildə Neft Fondunun xam neft satışından əldə etdiyi vəsait (hər barel 90 dollara hesablanıb) 9,741 milyard manat olacaq, Fondun 2015-ci ildə tək dövlət büdcəsinə tranferti isə 10,388 milyard manat olacaq, yəni büdcəyə transfert satdığımız neftin dəyərindən 647 milyon manat çox olacaq" - deyə N.Cəfərli bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31