Neftdə artım başladı
Brent markalı neftin bir barelinin dəyəri 48,39 dollara çatıb
21 Yanvar 2015 10:25 İqtisadiyyatDünya bazarında neftin qiyməti bahalaşıb.ANS PRESS-in məlumatına görə, dünən müşahidə edilən azalma artıq bu gün bahalaşma ilə müşahidə edilib. London və Nyu-York birjalarındakı son vəziyyət neftin əvvəlki qiymətinin bərpa edəcəyi siqnalını verir.Hazırda Brent markalı neftin bir barelinin dəyəri 0,85% artaraq 48,39 dollara çatıb.WTI markalı neftin qiymətində isə dəyişiklik olmayıb və bir barelə görə 46,39 dollar təşkil edib.Ekspertlərin fikrincə, qiymətlərin cuzi artımı ABŞ-da neft ehtiyatları üzrə statistikanın hələlik açıqlanmaması ilə izah olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31