Neftin qiyməti düşür

Ötən həftə bir qədər bahalaşan neftin qiyməti yenidən düşməyə başladı

Ötən həftə qiyməti 50 dollardan yuxarı qalxan neft yenidən ucuzlaşmağa başlayıb.ANS PRESS-in məlumatına görə, brent markalı neftin bir barreli 49 dollardan bir qədər baha satılır.Neftin bazar ertəsi ucuzlaşmasına səbəb olan faktor kimi İraqın Neft Nazirliyinin açıqlaması göstərilir.Nazirlik ölkədə neft istehsalının rekord həddə - 3 milyon barrelə çatdığını və bu il 3,3 milyon barrelə çatdırılacağını bildirib - Kürdüstan bölgəsində çıxarılan neftin hesabına.Neft son bir neçə ayda 2 dəfə ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31