“Neftin ucuzlaşması xarici ticarətə təsir edib”
Rövşən Ağayev: “İxracdakı 1.2 milyard dollara yaxın azalma 2013-ə nisbətən neftin orta illik qiymətinin 11.5% aşağı olması ilə bağlıdır”
16 Yanvar 2015 15:21 İqtisadiyyat"2014-cü ilin yekunları ilə bağlı rəsmi məlumatlar tədricən açıqlanır". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-ekspert Rövşən Ağayev çıxış edib. "Deməli, neftin qiymətinin kəskin enişi cəmi 2 ayı əhatə etsə də, demək olar ilin bütün iqtisadi göstəricilərinə öz mənfi təsirini göstərib. Bu günlərdə yazmışadım, 2014-cü ili büdcə xərcləri 7% (təxminən 1.3 milyard manat) ixtisarla icra olunub" - deyə R.Ağayev qeyd edib. Ekspertin sözlərinə görə, neftin ucuzlaşmasının xarici ticarətə təsirlərini rəsmi rəqəmlərdən görmək olur. Rövşən Ağayev bildirib ki, 2014-cü ildə xarici neft konsorsimuna mənfəətin bölüşdürülməsindən çatan nefti saymasaq, Azərbaycanın xam neft ixracından gəlirləri 18.4 milyard dollar olub: "2013-cü ildə isə həmin göstərici 20.2 milyard dollar olmuşdu. Yəni azalma 1.8 milyard dollar olub. Doğrudur, bu enmənin təxminən 650 milyon dolları neft ixracının 1 milyon ton azalması ilə bağlıdı. Amma yenə də ixracdakı 1.2 milyard dollara yaxın azalma 2013-a nisbətən neftin orta illik qiymətinin 11.5% aşağı olması ilə bağlıdır".