Büdcəyə 15,8 milyard manat daxil olub, 13,9 milyard xərclənib
16 Yanvar 2015 14:49 İqtisadiyyatMaliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 15,8 milyard manat daxil olub, büdcədən 13,9 milyard manat vəsait xərclənib. Büdcə xərclərinin 42,0 faizi və ya 5,8 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi səhiyyə və təhsilə, 11,7 faizi sosial müdafiə və sosial təminata yönəldilib. Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 3,9 faizinə bərabər və ya 1,9 milyard manatlıq profisit yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31