Azərbaycanda vergi cinayətləri artıb

"Ötən  il ərzində Vergilər Na­zir­liyi yanında Vergi Cina­yət­lərinin İbtidai Araşdırıl­ma­sı Departamentinə daxil olmuş 1024 material üzrə 971 cinayət işi başlanıb". Lent.az-ın məlumatına görə, bunu Departament rəisi  Vidadi Məm­mədov nazirliyin qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, VCİAD tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə - vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi və.s  ümumilikdə 971 cinayət işi başlanaraq istintaqı davam etdirilib. "Bu göstərici 2013-cü ilə nisbətdə 452 cinayət işi çoxdur.  Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərlə bağlı ötən il departamentin istintaq idarəsində 395 cinayət işi 125 nömrə altında birləşdirilərək ittiham aktları ilə məhkəməyə göndərilib". Departament rəisi vurğulayıb ki, bunlardan 72-si 2014-cü ildə, 31-i 2013-cü ildə, 22-si isə əvvəlki illərdə başlanmış cinayət işləridir. "Ümumilikdə ötən il vergi hüquqpozmaları nəticəsində 134 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.  İl ərzində 36 nəfər şübhəli şəxs qismində tutulub, 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31