Dəmir yolunun Böyük Kəsik – Soyuq Bulaq mənzilində əsaslı təmir aparılır
15 Yanvar 2015 11:12 İqtisadiyyatDəmir yolu nəqliyyat sisteminin inkişafina dair Dövlət Proqramının icrası çərçivəsində Bakı - Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Böyük Kəsik - Soyuq Bulaq mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 1000 metr köhnə yol sökülüb.
Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 360 km yol əsasli təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.