“Azərbaycanın hər barreldən qazancı 28.5 dollardır”

Natiq Cəfərli: “Maduro 1 həftədir İrana, ərəblərə yalvarır ki, gəlin kömək edin, neftin qiymətini qaldıraq”

"Azeri Light markalı Azərbaycan nefti artıq 50 dollardan da aşağı satılır, amma, bu o demək deyil ki, elə həmin 50 dollar qazanc kimi büdcəmizə daxil olur". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. "Ölkəmizdə hasil olunan neftin maya dəyəri və Ceyhan limanına qədər tranzit xərcləri hər barel üçün - 12 dollardır. Limandan tankerlərə vurulma və daşınma xərci hər barrel üçün - 1 dollardır. Deməli, 13 dollar bunun mayasıdır, hasil olunan neftin 75%-i Azərbaycana, 25% isə ABƏŞ-ə (Bp) çatır. Bir sözlə, 50 - 13 (mayası) = 37 dollar. Bunun da hər bareldə 8,5 dolları xarici şirkətlərin payına düşür: 37 - 8,5 = 28,5 dollar. Deməli, bu günə ölkəmizin hər barreldən qazancı cəmi 28,5 dollardır. Yuxarıda qeyd etdiyim xərclər neftin qiymətindən asılı olmayaraq sabit qalırdı, yəni, qiymət 100 dollar olanda da xərclər hər barel üçün, təqribən, 13 dollar idi" - deyə N.Cəfərli qeyd edib. Ekspert hesab edir ki, neft hasil edən və neftdən ciddi asılı olan ölkələrin hamısında vəziyyət belədir. Venesuela neftinin 42 dollara satıldığını deyən Natiq Cəfərlinin sözlərinə görə, hasilat və daşınma xərci 15 dollar civarındadır: "Yəni, "yetimlərə" bir şey qalmır ki, ölkəni idarə edə bilsinlər. Ona görə də, prezidentləri Maduro 1 həftədir İrana, ərəblərə yalvarır ki, gəlin kömək edin, neftin qiymətini qaldıraq. Adam ölkəsində islahat aparmaqdansa, neftin qiymətinə bel bağlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31