“Günəşli” yatağındakı quyu istismara verilib
14 Yanvar 2015 16:32 İqtisadiyyat"Günəşli" yatağındakı 14-cü dərin dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, quyu Balaxanı Lay Dəstəsinin VI horizontundan, 2341-2328 metr intervaldan fontan üsulu ilə gündəlik 160 000 kubmetr qaz və 1 ton kondensat hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31