“ABŞ neftin qiymətləri ilə əylənir”

Natiq Cəfərli: “Ona görə də, bu markanın qiymətinin brentlə eyniləşməsi maraqlı oldu”

"Şimali Amerika nefti - "WTI"nın qiymət etibarı ilə "Brent" markalı neftlə eyniləşməsi maraqlı gedişdir". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. "Əslində, slans neftinin qiyməti WTI ilə müəyyən olunurdu. Ona görə də, bu markanın qiymətinin Brentlə eyniləşməsi maraqlı oldu. Mən hələ ehtimal edirəm ki, bir müddət sonra WTI, Brent markalı neftdən baha olacaq. İndi fərq cəmi 9 sentdir. WTI - 45,73, Brent - 45,82" - deyə N.Cəfərli bildirib. O, ABŞ-ın neftin qiymətləri ilə əyləndiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31